
İran və ABŞ arasında artan gərginlik fonunda tərəflər hərbi təlimlər keçirəcəklərini açıqlayıb.
Missiya.Az xəbər verir ki, ABŞ-nin Yaxın Şərqdə planlaşdırdığı təlimlərdən sonra İran Hörmüz boğazı ətrafında hərbi atış təlimləri ilə bağlı NOTAM yayımlayıb.
NOTAM-a əsasən, 27–29 yanvar tarixlərində Hörmüz boğazı ərazisində 5 dəniz mili radiusunda hərbi atış təlimləri keçiriləcək. Bu müddətdə bölgədə hava məkanı 7 620 metr (25 min fut) hündürlüyədək məhdudlaşdırılacaq və təhlükəli hesab ediləcək.
ABŞ Prezidenti Donald Tramp isə İrana doğru yeni hərbi donanmanın yola salındığını bildirib. O, Tehranın razılaşmaya getməyəcəyi təqdirdə vəziyyətin daha da gərginləşə biləcəyini qeyd edib.
Bununla yanaşı, ABŞ Hərbi Hava Qüvvələrinin Mərkəzi Komandanlığı Yaxın Şərqdə çoxgünlük hərbi təlim keçiriləcəyini açıqlayıb. Təlimlərin döyüş hazırlığının artırılması və regional tərəfdaşlıqların gücləndirilməsi məqsədi daşıdığı bildirilib.
Seyranə QuliyevaMissiya.Az