BAKI, 28 yanvar. TELEQRAF
“Mançester Yunayted” klubu “Everton”un və Seneqal millisinin futbolçusu İliman Ndiayeni yay transfer siyahısına daxil edib.
Teleqraf “TEAMtalk” portalına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 25 yaşlı hücumçunu heyətinə qatmaq üçün kifayət qədər böyük məbləğdən keçməli olacaq. Hazırda “Everton” Ndiayeni satmaq niyyətində olmadığını bildirsə də, Britaniya mətbuatı transferin 75 milyon funt-sterlinq civarında reallaşa biləcəyini yazır.
Qeyd edək ki, İliman Ndiaye bu ay Seneqal yığmasının heyətində Afrika Millətlər Kubokunun qalibi olub.