Horovludan çıxanda 38 yaşım var idi. Rayonda tibb bacısı işləyirdim. 33 il idi, həsrətlə bu günü gözləyirdik. Şükür, indi oğlumla birgə qayıdıram və çox sevincliyəm.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən keçmiş məcburi köçkün Sonya Süleymanova deyib.
Keçmiş məcburi köçkün, həmçinin bu günləri onlara yaşadanlara minnətdarlığını bildirərək qeyd edib: "Möhtərəm Prezidentimizə Allah cansağlığı versin, "Dəmir Yumruq" heç vaxt əyilməsin. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin".