Ukrayna Silahlı Qüvvələri son sutka ərzində Donetsk Xalq Respublikasının ərazisini heç bir dəfə atəşə tutmayıb.
Redaktor.az xəbər verir ki, bu barədə DXR hökumətinin Ukraynanın hərbi cinayətlərinin sənədləşdirilməsi üzrə idarəsi özünün Telegram kanalında məlumat yayıb.
Məlumatda bildirilib ki, “Ukraynanın silahlı birləşmələri tərəfindən həyata keçirilən silahlı hücumlarla bağlı sıfır fakt qeydə alınıb”. Qeyd olunur ki, bu, ardıcıl üçüncü gündür DXR ərazisinə hücumların olmaması deməkdir.
Bununla yanaşı, qurum 15 avqust və 17 noyabr 2025-ci il tarixlərində Dimitrov yaşayış məntəqəsində, eləcə də 26 yanvar 2026-cı ildə Krasnoarmeysk şəhərində mülki şəxslərin yaralanması ilə bağlı məlumatların daxil olduğunu açıqlayıb.
Nuriyyə NATİQQIZI