AZ

Tramp: “Hazırda İrana doğru hərəkət edən daha bir güclü donanma var”

ABŞ Prezidenti Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin daha bir hissəsinin İran istiqamətində irəlilədiyini bildirərək Tehranın Vaşinqtonla razılaşmaya getməsinə ümid etdiyini deyib.

Editor.az xəbər verir ki, Donald Tramp İrana qarşı təhdid xarakterli açıqlamalarını davam etdirərək, ABŞ-a məxsus iri hərbi donanmanın İran istiqamətində hərəkətdə olduğunu vurğulayıb və Tehran hakimiyyətinin ABŞ-ın irəli sürdüyü tələbləri qəbul etməli olduğunu bəyan edib.

Çıxışı zamanı Tramp bildirib:

“Bu arada, hazırda İrana doğru hərəkət edən daha bir möhtəşəm donanma var. Gəlin görək nə olacaq. Ümid edirəm ki, razılaşma əldə edəcəklər. Onlar bunu ilk dəfə etməli idilər. O halda bu gün bir ölkələri olardı”.

Tramp həmçinin iyun ayında İran ərazisində yerləşən üç obyektə endirilən zərbələr nəticəsində Tehranın nüvə potensialının tamamilə məhv edildiyini iddia edib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
15
editor.az

1Mənbələr