AZ

Rəqsanə yeni fotosessiyanı təqdim etdi

Müğənni Rəqsanə İsmayılova yeni fotosessiya etdirib.

“Yeni Sabah” xəbər verir ki, ifaçı qara transparan geyimdə kamera qarşısına keçib.

O, görüntülərə dair yazıb: “Axşamınız xeyir olsun, mənim əzizlərim. Aylar öncə fotosessiya etdirmişdik. Məlum məsələrdən təqdim edə bilməmişdim. Necədir? Bu arada yeni mahnı gəlir, hazırıq?”

İfaçı fotoların rəy bölməsini bağlayıb.

Qeyd edək ki, Rəqsanə İsmayılova son günlər Səidə Bəkirqızı ilə  mübahisələrə görə gündəmdədir. Aparıcı ifaçının “bodi” geyinərək fotosessiya etdirməsini tənqid etmişdi.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
16
1
yenisabah.az

2Mənbələr