AZ

Səhər yeməyindən əvvəl bunu etmək daha faydalıdır

Səhər məşqini günün ilk yeməyindən əvvəl etmək sağlamlıq üçün daha effektiv ola bilər.

 

Pravda.az bildirir ki, İngiltərədə aparılan 6 həftəlik tədqiqatda iştirakçılar iki qrupa bölünüb: biri boş mədə ilə, digəri isə əvvəlcə səhər yeməyi yeyib məşq edib.

 

Nəticələr göstərir ki, səhər yeməyindən əvvəl məşq edənlər daha çox yağ yandırır və insülin həssaslıqları artır, bu isə tip‑2 diabet riskinin azalmasına kömək edə bilər.

 

Mütəxəssislər bu yanaşmanın sağlam qidalanma və məşq planları ilə birləşdirildikdə sağlamlıq üçün əlavə faydalar təmin edə biləcəyini vurğulayır.

 

Əminə Bayramova

Tarix: 28 Yanvar 2026, 09:35   
Seçilən
4
pravda.az

1Mənbələr