AZ

40 ilə yaxındır mavi yanacaqsız qalmışıq

Şəmkirin Tatarlı kəndində yaşadığımız massiv 37 il əvvəl salınıb. Amma elə o vaxtdan mavi yanacağa həsrət qalmışıq. 

Qəsəbəyə qaz çəkilişi 3 il əvvəl başlanılıb. Təəssüflər olsun ki, başlanan iş yarımçıq qalıb. Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinə müraciət edəndə deyirlər ki, Şəmkirin 3 məntəqəsində, o cümlədən Tatarlı kəndində paylayıcı və daşıyıcı qaz kəmərlərinin  tikinti işlərinə başlanılmışdır. Kəndin 5 kilometrə yaxın ərazisində müxtəlif diametrli paylayıcı küçə xətləri quraşdırılsa da, texniki çətinlik səbəbindən işlər dayandırılmışdır. İndi qəsəbə sakinləri həmin çətinliklərin nə vaxt aradan qaldırılacağını və 200 ailənin yaşadığı əraziyə mavi yanacaq veriləcək günü səbirsiziklə gözləyirlər. 

Hörmətli redaksiya! Xahiş edirik səsimizi "Azəriqaz"a çatdırasınız. Çatdırasınız ki, ilin-günün bu vaxtında qazsız qalmaq çox çətindir! 

Minayə TAÜIYEVA,

Şəmkir rayonunun Tatarlı kənd sakini 

Seçilən
10
azerbaijan-news.az

1Mənbələr