Azərbaycanı UEFA Çempionlar Liqasında uğurla təmsil edən “Qarabağ” bu gün yarışın əsas mərhələsində son oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, ölkə çempionu 8-ci tur çərçivəsində İngiltərədə “Liverpul”un qonağı olacaq.
Əfsanəfi “Enfild” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Matçın baş hakimi slovakiyalı FIFA referisi İvan Krujlyak olacaq.
Qeyd edək ki, 7 oyundan sonra topladığı 10 xalla 18-ci yerdə olan “Qarabağ” səfərdən xalla dönməyi bacarsa, digər görüşlərin nəticəsindən asılı olmayaraq, pley-offa vəsiqəni təmin edəcək. Qurban Qurbanovun komandası bunu reallaşdıra bilməsə belə, digər oyunlarda qeydə alınacaq nəticələrə görə ilk "24-lük"də qala bilər.
“Liverpul” hazırda 15 xalla 4-cü sırada qərarlaşıb.
UEFA Çempionlar Liqası
Əsas mərhələ, VIII tur
28 yanvar
00:00. “Liverpul” - “Qarabağ”
Hakimlər: İvan Krujlyak, Branislav Hançko, Yan Pozor, Peter Kraloviç (hamısı Slovakiya).
VAR: Pol van Boekel (Niderland), Yan Boterberq (Belçika)
Liverpul. “Enfild” stadionu.