AZ

AİLƏ ŞOK YAŞADI

Taylandın Çianq Ray əyalətinin sakini evə qayıdanda ailəsinin onu iki həftə əvvəl dəfn etdiyini öyrənib.

Publika.az xəbər verir ki, bu barədə "Mothership" məlumat yayıb.

Bildirilib ki, bu ilin yanvar ayının əvvəlində hakimiyyət orqanları 48 yaşlı kişinin ailəsinə onun öldüyü barədə məlumat verib. Daha sonra onun cənazəsi ailəsinə təhvil verilib və bütün zəruri dini ayinlər yerinə yetirildikdən sonra dəfn edilib. Lakin yanvarın 24-də kişi sağ-salamat evə qayıdıb.

Hadisə ilə bağlı araşdırma başlanılıb. Mərhumun şəxsiyyəti müəyyən edilib. Onun qalıqları qohumlarına təhvil verilib.

Seçilən
41
publika.az

1Mənbələr