AZ

Ən aqressiv Bürclər — Enerjisi güclü, emosiyası sərhəd tanımayan xarakterlər

Astrologiyada hər bürcün özünəməxsus xarakteri, davranış tərzi və emosional reaksiyaları var. Bəzi bürclər sakit, səbirli və balanslı olduqları halda, digərləri daha impulsiv, tez qızan, dominant və aqressiv enerjiyə sahib olur. Bu aqressiya hər zaman zorakılıq anlamına gəlmir — bəzən bu, sadəcə güclü temperament, liderlik instinkti və emosional partlayışlarla özünü göstərir.

"Yeni Sabah" ən aqressiv bürcləri təqdim edir:

Qoç — partlayıcı temperamentin simvolu

Qoç bürcü aqressivliyin astrologiyadakı əsas simvoludur. Mars planetinin təsiri altında olan Qoçlar tez əsəbiləşir, səbrsizdir, emosiyalarını filtrsiz göstərirlər,

konfliktlərdən qaçmırlar. Onlar üçün “düşün sonra danış” prinsipi demək olar ki, mövcud deyil. Reaksiya → sonra düşüncə. Qoç aqressiyası qəfil başlayır, amma tez də sönür.

Şir — dominant aqressiya

Şirlər aqressiyanı daha çox ego və hakimiyyət üzərindən göstərirlər. Onlar hörmətsizliyə dözə bilmirlər və tənqidə sərt reaksiya verirlər, üstünlük göstərməyə meyillidirlər, nəzarəti itirməyi sevmirlər. Şirin aqressiyası səssiz deyil — teatr kimidir: nümayişkaranə, diqqətçəkən və dominant.

Aqressiya forması: sözlə təzyiq, psixoloji dominantlıq.

Əqrəb — səssiz, amma ən təhlükəli aqressiya

Əqrəb bürcü aqressiyanı açıq şəkildə göstərmir — içində saxlayır. Amma bu, onu daha təhlükəli edir, kin saxlayır, unutmaq əvəzinə planlaşdırır emosional zərbəni gec, amma ağır vurur. Əqrəbin aqressiyası soyuq, hesablanmış və stratejidir.

Oxatan — nəzarətsiz emosional partlayış

Oxatanlar adətən pozitiv və enerjili tanınır, amma qəzəbləndikdə çox sərt danışırlar, sözlə ağır zərbələr vururlar, qarşı tərəfi incitdiklərinin fərqinə varmırlar. Onların aqressiyası planlı deyil — emosional xaosdur. Aqressiya forması: sözlə hücum, təhqir, emosional partlayış./Sfera.az 


Telegram kanalımız
Seçilən
15
yenisabah.az

1Mənbələr