Ağ Evin otaqlarından birində Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın birgə əks olunduğu çərçivəli fotoşəkil asılıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə “PBS News Hour”un jurnalisti Elizabet Landers “X” sosial şəbəkəsində məlumat verib.
“Daha əvvəl görmədiyim bir şey: Alyaskada keçirilən yay sammiti zamanı çəkilmiş Tramp və Putinin birgə fotosu çərçivəyə salınaraq asılıb”, - deyə Landers yazıb.
Məlumata görə, fotoşəkil iki prezidentin yay aylarında ABŞ-ın Alyaskadakı hərbi bazasında apardığı danışıqlar zamanı çəkilib. Donald Tramp daha əvvəl bildirib ki, bu fotonu Ağ Evə şəxsən Vladimir Putin göndərib.
“Az əvvəl mənə bir fotoşəkil göndərildi... O (Putin) mənə və ölkəmizə çox hörmətlə yanaşır, amma digərlərinə qarşı eyni münasibəti göstərmir”, - deyə ABŞ prezidenti qeyd edib.
Qeyd olunur ki, Rusiya prezidentinin göndərdiyi bu fotonun altında Trampın nəvəsi ilə birlikdə çəkildiyi başqa bir şəkil də asılıb. (Musavat.com)
Telegram kanalımız