AZ

ABŞ qaçırılan tankerin kapitanını bu ölkədən TƏXLİYƏ ETDİ

ABŞ Sahil Mühafizəsi qaçırılan "Marinera" neft tankerinin kapitanını və birinci zabitini Böyük Britaniyadan təxliyə edib.

Publika.az "Sky News"a istinadla xəbər verir ki, bu barədə Şotlandiyanın Baş prokuroru Rut Çarteris bildirib.

O deyib ki, Kapitan Avtandil Kalandadzenin qohumları onu Şotlandiyada saxlamağa çalışırdılar. Onların vəkilləri Edinburq Ali Məhkəməsinə gəminin və sərnişinlərin Böyük Britaniyanı tərk etməsinin qarşısını almaq üçün təcili qadağa qoyulması üçün müraciət ediblər. Məhkəmə əvvəlcə tələbi təmin etsə də, sonradan qərarını geri götürüb.

Çarterisin 27 yanvar məhkəmə iclasında bildirdiyi kimi, kapitan və birinci köməkçi hazırda ABŞ Sahil Mühafizəsinin "Munro" gəmisindədir və Birləşmiş Krallığın ərazi sularını tərk ediblər. O əlavə edib ki, ABŞ Ədliyyə Nazirliyi bu məlumatı təsdiqləyən elektron poçt göndərib.

Seçilən
47
29
publika.az

10Mənbələr