BAKI, 28 yanvar. TELEQRAF
Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində sonuncu oyununu keçirəcək.
Teleqraf xəbər verir ki, ölkə çempionu VIII tur çərçivəsində İngiltərədə “Liverpul”un qonağı olacaq.
“Enfild” stadionunda təşkil olunacaq görüşün start fiti Bakı vaxtı ilə saat 00:00-da səslənəcək.
Matçın baş hakimi slovakiyalı FIFA referisi İvan Krujlyak olacaq.
Qeyd edək ki, hazırkı turnir cədvəlində “Qarabağ” 7 oyundan sonra topladığı 10 xalla 18-ci, “Liverpul” isə 15 xalla 4-cü sırada qərarlaşıb. Ağdam təmsilçisi üçün bu oyun pley-off mərhələsindəki mövqeyini möhkəmləndirmək baxımından böyük əhəmiyyət kəsb edir.
UEFA Çempionlar Liqası
Əsas mərhələ, VIII tur
00:00. “Liverpul” - “Qarabağ”
Baş hakim: İvan Krujlyak
Baş hakimin köməkçiləri: Branislav Hançko, Yan Pozor
Dördüncü hakim: Peter Kraloviç
(Hamısı Slovakiya)
VAR: Pol van Boekel (Niderland)
AVAR: Yan Boterberq (Belçika)
Liverpul. “Enflild” stadionu.