AZ

Bakıda daha 6 narkotacir tutuldu

Paytaxtda narkotiklərin satışını həyata keçirən daha 6 nəfər saxlanılıb.

 

Bu barədə Senzor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı narkotiklərin paytaxt ərazisində satışını həyata keçirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Əliş Əliyev, Daşqın Rzayev, Miryusif Abbasov, Yusif Rəhimov, Mahmud Nəzərov və Ülviyyə Aslanova tutulublar.

 

Onlardan 21 kq marixuana, heroin, metamfetamin və 246 ədəd psixotrop tərkibli həb aşkarlanıb.

 

Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisində narkotiklərin əlbəəl satışı və qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib. Faktlarla bağlı cinayət işləri başlanılıb və onların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir.

Seçilən
78
31
senzor.az

10Mənbələr