AZ

Nazirlik əməkdaşının vəsiqəsi yoxa çıxdı

Azərbaycanda nazirlik əməkdaşının xidməti vəsiqəsi itib.

"Yeni Sabah" xəbər verir ki, Ədliyyə Nazirliyinin işçi Mehralıyev Pərvin Nuralı oğlunun vəsiqəsi yoxa çıxıb.

Sənədin hansı şəraitdə itdiyi məlum deyil.

ƏN seriyalı 3353 nömrəli vəsiqə itdiyi üçün etibarsız sayılır.

Qeyd edək ki, ixtisasca hüquqşünas olan P.Mehralıyev əvvəllər hakimliyə, vəkilliyə, Baş Prokurorluğa, Ədliyyə Nazirliyinə işə qəbul imtahanlarında iştirak edib. Görünür o, sonda istəyinə nail olub və imtahanda uğur qazanaraq Ədliyyə Nazirliyinə işə düzəlib. İndi isə xidməti vəsiqəsini itirib.


Telegram kanalımız
Seçilən
30
yenisabah.az

1Mənbələr