AZ

O, mənə hər şeyi verdi: Di Mariya ən yaxşı məşqçini seçdi

“Real Madrid”in keçmiş yarımmüdafiəçisi, hazırda “Rosario Central”da oynayan Anxel Di Mariya Joze Mourinyo haqqında fikirlərini bölüşüb.

Məşhur portuqaliyalı məşqçi hazırda “Benfika”nın sükanı arxasındadır.

Aut.az xəbər verir ki, AS Di Mariyanın sözlərini sitat gətirib: “Mourinyo bir nömrədir, həm insan, həm də məşqçi kimi hər kəsdən çox irəlidədir. Bunun səbəbi oyunçuya, komandaya və kluba verdiyi hər şeydir.

O, mənə hər şeyi verdi və mən həmişə ona minnətdar olacağam”.

Seçilən
14
publika.az

1Mənbələr