AZ

Tramp demokratların ona qarşı impiçment cəhdi göstərə biləcəyini yenidən bəyan edib

BAKI, 28 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının Konqresə keçiriləcək aralıq seçkilərində məğlub olacağı təqdirdə Demokratlar Partiyasının ona qarşı impiçment proseduru başlatmağa cəhd göstərə biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, ABŞ lideri bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, demokratlar daha əvvəl də iki dəfə belə addım atıblar, lakin hər iki halda o, prosesi asanlıqla və tez bir zamanda öz xeyrinə başa vurub.

Tramp bu dəfə də demokratların impiçment üçün hər hansı bəhanə tapacaqlarına əmin olduğunu söyləyib. O bildirib ki, rəqibləri onun Ayova ştatına səfərini və insanlarla ünsiyyətini belə əsas gətirərək impiçment məsələsini gündəmə gətirə bilərlər.

Qeyd edək ki, Donald Tramp ABŞ tarixində impiçment proseduruna iki dəfə məruz qalan ilk prezidentdir. Hər iki hal onun ilk prezidentlik dövrünə təsadüf edib və 2019 və 2021-ci illərdə Konqresin Senatında baxıldıqdan sonra rədd edilib.

Seçilən
80
teleqraf.com

1Mənbələr