ABŞ lideri Donald Tramp 2028-ci ildə keçiriləcək prezident seçkilərində iştirak imkanını yenidən istisna etməyib.
"Report"un məlumatına görə, Tramp bu barədə Ayova ştatının De-Moyn şəhərinə işgüzar səfəri zamanı tərəfdarları ilə söhbətində bildirib.
"Reytinqlərimiz əladır, indiyədək olduğundan daha yaxşıdır. Sadəcə bunu düşünün. Əgər yenidən namizəd olacağamsa, buna sevinən kimsə olacaqmı?" – deyə Tramp toplaşanların alqışları və təsdiqləyici nidaları altında sual edib.
Ağ Evin rəhbəri Respublikaçılar Partiyasının 2026-cı ilin noyabrında keçiriləcək aralıq konqres seçkilərində qələbə qazanacağına ümidini ifadə edib.