AZ

Əxlaqsızlığın ən çox yayıldığı ölkə açıqlandı

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

"World Population Review" beynəlxalq analitik platforması dünyanın müxtəlif ölkələrində sosial davranış göstəricilərini müqayisə edən yeni araşdırma dərc edib.Demokrat.az xəbər verir ki, araşdırmada “cinsi əxlaqsızlıq indeksi” adlandırılan göstərici əsasında ölkələr sıralanıb.Siyahı hazırlanarkən bir neçə statistik meyar nəzərə alınıb. Bunlara adambaşına düşən cinsi partnyor sayı, ilk cinsi əlaqənin orta yaşı, fahişəliyin hüquqi statusu, nikahdankənar münasibətlərin cəmiyyətdə qəbul səviyyəsi və cinsi yolla keçən xəstəliklərin yayılma göstəriciləri daxildir.Araşdırmanın nəticələrinə əsasən, Avstraliya siyahının ilk sırasında yer alıb. Mütəxəssislər bunu ölkədə fərdi azadlıqların geniş olması və sosial münasibətlərə liberal yanaşma ilə izah edirlər. Reytinqdə Braziliya və Yunanıstan da ön sıralarda qərarlaşıb.İlk onluqda yer alan digər ölkələr arasında Çili, Yeni Zelandiya, Almaniya, İtaliya, İsveçrə, Tayland və Cənubi Afrika da var.Qeyd edək ki, “əxlaqsızlıq” anlayışı mədəni və dini baxımdan ölkədən ölkəyə dəyişə bilər. Bu səbəbdən reytinq subyektiv dəyərləndirmə deyil, yalnız statistik göstəricilərə əsaslanan müqayisə xarakteri daşıyır.Kənan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
demokrat.az

1Mənbələr