AZ

Şmıqal: Kiyevdə 710 min istehlakçı işıqsız qalıb

Kiyevdə işıqsız qalan istehlakçıların sayı 710 min nəfər təşkil edir.

"Report"un məlumatına görə, bunu Ukraynanın energetika naziri Denis Şmıqal özünün "Telegram" kanalında bildirib.

"Hazırda Kiyevdə 710 min istehlakçı elektrik enerjisiz qalıb", – deyə o yazıb.

Hələlik Kiyevi proqnozlaşdırılan elektrik kəsilməsi qrafiklərinə çıxarmaq mümkün olmur. Bununla belə, Şmıqal xəbərdarlıq edib ki, enerji sistemi qeyri-bərabər zədələnib, bu səbəbdən sistem bərpa edildikdən sonra qrafiklər müxtəlif enerji qovşaqlarında əhəmiyyətli dərəcədə fərqlənə bilər.

Seçilən
8
far.az

1Mənbələr