Florida prokuroru Ağ Ev mətbuat katibinə qarşı travmatik doğuş arzu edən tibb bacısının lisenziyasının ləğvini tələb edib...
ABŞ-ın Florida ştatının baş prokuroru Ceyms Utmeyer Floridanın Tibb Bacıları Şurasına müraciət edərək, Ağ Ev mətbuat katibi Kerolin Livittin doğum zamanı ciddi zərər görməsi ümidini ifadə edən tibb bacısı Leksi Loulerin lisenziyasının ləğv olunmasını tələb edib.
Poliqon xəbər verir ki, bu barədə Fox News telekanalı məlumat yayıb.
"Qadınlar doğum zalında siyasi motivlərlə hərəkət edən tibb bacısının onlara ağrı və əzab arzulamasından narahat olmalıdırlar. Bu, pisdir. Floridanın Tibb Bacıları Şurası bu şəxsi xəstələrdən daim uzaqlaşdırmaq üçün tədbir görməlidir", deyə Utmeyer Fox News Digital-ə açıqlamasında bildirib.
Xəbərdə bildirilir ki, TikTok-da yayımlanan videoda Boka-Raton şəhərindəki Baptist Health regional xəstəxanasının doğum tibb bacısı Leksi Louler Livittin doğum zamanı geri dönməyəcək zərər almasını arzuladığını ifadə edib.
Qeyd edək ki, Ağ Ev mətbuat katibi Kərolin Livitt keçən ilin dekabrında hamiləliyini açıqlamışdı.
Poliqon.info