AZ

Timur Bekmambetovun filmi ABŞ-də “Avatar”ı geridə qoydu


Timur Bekmambetovun “Mərhəmət” filmi ötən həftə sonu Amerika kassalarında Ceyms Kameronun “Avatar: od və kül” filmini geridə qoyub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Variety” jurnalı məlumat yayıb.
Bildirilib ki, film Şimali Amerikada həftəsonunda 11,2 milyon dollar gəlir əldə edib.
Nəşr bunu təsirli adlandırır, çünki bu müddət ərzində ABŞ-nin böyük bir hissəsində qar fırtınaları olub.
“Texasdan Menə qədər 37 ştatda fövqəladə xəbərdarlıqlar, güclü küləklər və qar fırtınaları ölkə daxilində bir çox kinoteatrın bağlanmasına səbəb olub”, məqalədə deyilir.
Qeyd edək ki, “Avatar” filminin üçüncü hissəsi həftəsonu cəmi 7 milyon dollar gəlir əldə edib.
Seçilən
12
1
yeniavaz.com

2Mənbələr