AZ

Bu klubun prezidenti olmaq istəmir: “Xeyr, xeyr, mən artıq gənc deyiləm”

İspaniya La Liqasının rəhbəri Xavyer Tebas “Real”ın prezidenti vəzifəsinə maraq göstərmədiyini açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 63 yaşlı funksioner “Real”ın hazırkı rəhbəri Florentino Peresin ünvanına istefa çağırışlarını stadionlardan və azarkeşlərdən eşitdiyini desə də, özü üçün belə bir plan düşünmədiyini bildirib:

“Xeyr, xeyr. Mən artıq gənc deyiləm və belə bir vəzifəyə xüsusi marağım da yoxdur. La Liqada kifayət qədər işim var”.

Seçilən
9
sportinfo.az

1Mənbələr