AZ

İspaniya xilasediciləri sanksiya altında olan tankeri Tanjer limanınadək müşayiət ediblər

ain.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Mozambik bayrağı altında üzən "Chariot Tide" tankeri İspaniyanın xilasetmə xidmətinin müşayiəti ilə Mərakeşin Tanjer limanına çatdırılıb.

Moderator.az xəbər verir ki, bu barədə İspaniyanın Ticarət Gəmiçiliyi İdarəsi məlumat yayıb.

Məlumata görə, sözügedən tanker Avropa İttifaqı və Böyük Britaniyanın sanksiya siyahılarına daxil edilib və göyərtəsində 425 min barrelədək neft var. Bu tanker əvvəllər "Marabella Sun" adı ilə tanınırdı.

İdarədən qeyd olunub ki, limana qədər müşayiət gəmiçilik üçün yaranmış yüksək təhlükə ilə əlaqədar təşkil edilib.

"The Daily Express" 26 yanvarda xəbər yayıb ki, tanker İspaniyanın Kosta-del-Sol sahillərindən 50 dəniz mili məsafədə mühərrikləri söndürülmüş vəziyyətdə axınla sürüklənirmiş.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
2
moderator.az

3Mənbələr