AZ

İndoneziyada torpaq sürüşməsi 38 nəfərin həyatına son qoyub

İndoneziyanın Qərbi Yava əyalətindəki Çisarua rayonunda torpaq sürüşməsi nəticəsində azı 38 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, milli fəlakətlərin idarə edilməsi agentliyinin yaydığı məlumata görə, bu gün səhər saatlarında axtarış-xilasetmə əməliyyatları əlavə ağır texnika cəlb olunması ilə yenidən başlayıb. Əməliyyatlarda təxminən 800 nəfər və doqquz ekskavator iştirak edir.

Agentlik bildirib ki, təbii fəlakət nəticəsində evsiz qalan 685 sakin müvəqqəti təxliyə mərkəzlərinə yerləşdirilib. Torpaq sürüşməsinə dağlıq Çisarua rayonunda ardıcıl iki gün yağan güclü yağışlar səbəb olub.

İndoneziyada yağışlı mövsümdə (oktyabr-mart ayları) tez-tez daşqın və torpaq sürüşmələri baş verir.

Seçilən
34
2
yeniazerbaycan.com

3Mənbələr