AZ

Məşhur futbol məşqçisi xəstəxanaya yerləşdirildi: vəziyyəti ağırdır

“Qalatasaray”, “Beşiktaş”, “Şaxtyor Donetsk” və “Dinamo Kiyev” kimi komandalarının baş məşqçisi olmuş Mirça Luçesku ağır qrip xəstəliyi ilə xəstəxanaya yerləşdirilib.

Sport.ro saytının məlumatına görə, hazırda Rumıniya milli komandasını çalışdıran Luçesku “kritik, lakin nəzarət altında olan vəziyyətdə” xəstəxanadadır. Onun xəstəxanaya yerləşdirilməsi qərarı “mürəkkəb ürək tarixçəsi” və təcrübəli məşqçinin yaşı nəzərə alınmaqla verilib. Bu, məşqçini 2026-cı il Dünya Kuboku seçmə mərhələsinə hazırlaşmaq üçün Rumıniya milli komandası ilə peşəkar öhdəliklərini müvəqqəti olaraq dayandırmağa məcbur edib.

“Düzdür, xəstəxanaya yerləşdirilib. İlin əvvəlində bir müddət orada oldum, sonra evə buraxıldım. Amma bu vaxt ərzində ağır qripə tutuldum və yenidən xəstəxanaya yerləşməli oldum”, – Luçesku deyib.

Qeyd edək ki, Luçesku 2024-cü ilin avqustunda Rumıniya milli komandasına rəhbərlik edib. Komanda bu yaz 2026-cı il Dünya Kuboku seçmə mərhələsinin pley-off mərhələsində oynayacaq. Luçeskunun komandasının ilk rəqibi Türkiyə komandasıdır və onunla matç martın 26-da keçiriləcək.

//Samir Qurbanov, Editor.az

Seçilən
69
editor.az

1Mənbələr