AZ

Barselonadan Parisə üz tutdu

PSJ “Barselona”nın futbolçusu Pedro Fernandesi transfer edib.

"Football-plus.az" xəbər verir ki, bu haqda hər iki klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı sol cinah yarımmüdafiəçisi ilə müddəti 2030-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb. Pedro PSJ-də “27” nömrəli formanı geyəcək.

Fernandes “Barselona”nın yetirməsidi. O, 2025-ci ildə əsas komandaya cəlb olunub. Pedro bu mövsüm Kataloniya təmsilçisi ilə 5 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə edib.

Seçilən
22
football-plus.az

1Mənbələr