AZ

Kürdəmirdə magistral su kəmərində PARTLAYIŞVİDEO

Magistral kəmərdə baş verən qəza rayon ərazisində ciddi su probleminə səbəb olub.

Xezerxeber.az xəbər verir ki, hadisə Kürdəmirin Qaraqocalı kəndi ərazisində, Külüllü-Kürdəmir magistral su xəttinin 31-ci kilometrliyində qeydə alınıb.

Qəza nəticəsində rayon mərkəzi və ətraf 5 kənd içməli su ilə təminatda çətinliklə üzləşib. Borunun partlaması nəticəsində ətrafdakı həyətyanı sahələrdə subasmalar baş verib və sakinlərə xeyli maddi ziyan dəyib.

Məsələ ilə bağlı Kürdəmir su meliorasiya sistemlərinin istismarı idarəsinin rəis müavini Arzu Şahbazov "Xəzər Xəbər"ə bildirdi ki, qəza səhər saat 5-6 radələrində Külüllü-Kürdəmir su xəttinin diametri 500 mm olan boru xəttində qəza baş verib. Hadisə baş verən andan idarənin texnikası və canlı qüvvəsi oraya cəlb olunub, qəzanın aradan qaldırılması üçün tədbirlər görülür. Bu xətt 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub. Hazırda rayonun 8400 abonentini, ümumilikdə 21000 sakinini içməli su ilə təmin edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
5
xezerxeber.az

1Mənbələr