AZ

"Tottenhem"in iki oyunçusu avtomobil qəzasına düşüb

“Tottenhem”in iki futbolçusu yol-nəqliyyat hadisəsinə düşüb.

90deqiqe.Az xəbər verir ki, "Lilywhite Rose" səhifəsində zədələnmiş Lamborghini avtomobilinin fotoları yayımlanıb.

Şəkillərdə avtomobilin yanında Randal Kolo-Muani və Uilson Odobert görünür. Bildirilir ki, London klubunun oyunçuları xəsarət almayıblar. Avtomobilin sağ tərəfi ciddi zədələnib, ön təkər itmişdir və Lamborghini-də hava yastıqları işə düşüb.

Şərhlərdə hadisənin keçən həftə baş verdiyi qeyd olunur.

“Tottenhem”in növbəti oyunu yanvarın 28-də, Çempionlar Liqasında səfərdə “Ayntraxt”a qarşı olacaq.

Seçilən
21
90deqiqe.az

1Mənbələr