AZ

Avstraliyanın cənub-şərqində anomal istilər minlərlə evi elektriksiz qoyub

Bakı. Trend:

Avstraliyanın cənub-şərqində anomal isti hava şəraitinəticəsində azı 106 min ev elektrik enerjisiz qalıb.

Trend xəbər verirki, bu barədə Viktoriya ştatının energetika naziri Lili Deambrozio“X” sosial şəbəkə hesabında məlumat yayıb.

Nazir bildirib ki, rekord istilər fonunda ştatda son 17 ilin ənyüksək elektrik enerjisi istehlakı qeydə alınıb.

“Saat 20:30-a (Bakı vaxtı ilə 13:30 – red.) qədər paylayıcışəbəkədə 106 min elektrik kəsintisi qeydə alınıb. Kəsintilərinaradan qaldırılması və elektrik enerjisinin mümkün qədər tezbərpası üçün ərazilərdə əlavə briqadalar fəaliyyət göstərir”, –deyə o qeyd edib.

L.Deambrozio əlavə edib ki, elektrik kəsintilərinə təkcəhəddindən artıq istilər deyil, həmçinin meşə yanğınları nəticəsindəavadanlıqların sıradan çıxması, ağacların elektrik dirəkləri vənaqillərin üzərinə aşması kimi amillər də səbəb olub.

Seçilən
57
az.trend.az

1Mənbələr