Ukrayna Prezidenti Volodimir Zelenski ərazi məsələləri və Zaporojye AES ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə şəxsən görüşməyə hazırdır.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa "Yevropeyske Pravda”ya verdiyi müsahibədə bildirib.
Nazir sülh prosesində ən problemli iki məsələnin qaldığını xatırladıb: ərazi məsələləri və Zaporojye AES üzərində nəzarət.
"Prezident Putinlə görüşməyə və bu məsələləri dəqiq həll etmək üçün onları müzakirə etməyə hazırdır", - deyə Sibiqa vurğulayıb.
Eyni zamanda, nazir hazırda Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşə ehtiyac gördüyünü bildirib.
"Paralel yollar yaratmamalıyıq. Xarici İşlər Nazirliyinin nümayəndələri də daxil olmaqla danışıqlar qrupu yaradılıb. Əlavə yolların yaradılması doğru vaxt deyil və lazım deyil", - deyə ukraynalı nazir qeyd edib.
Nazirin sözlərinə görə, danışıqlar qrupu artıq atəşkəs parametrlərini, monitorinqi və atəşkəsin yoxlanılmasını müzakirə ediblər.