“Bu qarşılaşma Azərbaycan futbolu üçün böyük bir hadisədir”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycan milli komandasının və "Qarabağ"ın sabiq futbolçusu Rəşad Sadıqov deyib.

 "Zirə" klubunun baş məşqçisi “Qarabağ”ın  Çempionlar Liqasının Liqa mərhələsində “Liverpul”a qarşı keçirəcəyi matç haqqında danışıb: “Təmsilçimiz sabah İngiltərənin ən böyük və köklü klublarından birinə qarşı çıxış edəcək.  Səbrsizliklə bu matçı gözləyirik və bu görüşdə “Qarabağ”a uğurlar arzulayırıq. İnanıram ki, “Qarabağ” baxımlı və əzmkar futbol nümayiş etdirəcək və ən azı 1 xal qazanacaq”.

Qeyd edək ki, “Liverpul”–“Qarabağ” görüşü yanvarın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.