Nüfuzlu “The Telegraph” nəşri Premyer Liqa tarixində çıxış etmiş ən böyük 25 futbolçunun siyahısını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, reytinqdə həm İngiltərə futbolunun əfsanələri, həm də liqada iz buraxmış xarici ulduzlar yer alıb.

Siyahının başında “Mançester Yunayted”in əfsanəsi Rayan Giqqs gəlir. Onu Tyerri Anri və Roy Kin izləyir.

İlk onluqda həmçinin Alan Şirer, Pol Skoulz, Kriştianu Ronaldo, Patrik Vieyra, Erik Kantona, Denis Berqkamp və Frank Lempard yer alıb.

Siyahı:

  1. Rayan Giqqs
  2. Tyerri Anri
  3. Roy Kin
  4. Alan Şirer
  5. Pol Skoulz
  6. Kriştianu Ronaldo
  7. Patrik Vieyra
  8. Erik Kantona
  9. Denis Berqkamp
  10. Frank Lempard
  11. Stiven Cerrard
  12. Con Terri
  13. Piter Şmayxel
  14. Ueyn Runi
  15. Didye Droqba
  16. Eşli Kol
  17. Rio Ferdinand
  18. Luis Suares
  19. Yaya Ture
  20. Toni Adams
  21. Devid Bekhem
  22. Qeri Nevill
  23. Endi Kol
  24. Vensan Kompani
  25. Robert Pires

Siyahı futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub və azarkeşlər arasında fərqli fikirlər doğurub.