İcbari Tibbi Sığortanın xidmətlər zərfi genişləndiriləcək.
Xezerxeber.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev ötən ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. O bildirib ki, bunlardan birincisi travmatologiya sahəsidir.
Zaur Əliyev çıxışında bu il resept əsasında yazılan ambulator dərmanların qarşılanması barədə yenilikləri də açıqlayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.