AZ

İranda dolların qiymətində yeni rekord

İranda dollar azad bazarda (qara bazarda) 153,6 min tümən səviyyəsinə qalxaraq tarixi maksimumunu görüb.

Marja xəbər verir ki, İranda azad valyuta bazarını izləyən “pashizi.com” saytının məlumatına görə, azad bazarda dolların satış qiyməti 153 min tümənə (1 milyon 536 min riala) yüksələrək tarixində ən yüksək səviyyəyə çatıb.

Son dövrlərdə İranın milli valyutasının dəyərdən düşməsi, ABŞ-ın ağır sanksiyaları altında olan ölkədə illik inflyasiyanın 44,6 faizə yüksəlməsi ilə eyni vaxta təsadüf edib.

Rəsmi məlumatlara əsasən, ərzaq məhsullarının qiymətləri illik müqayisədə 89,9 faiz artıb, 2025-ci ilin dekabrı – 2026-cı ilin yanvarı dövründə isə aylıq inflyasiya 7,9 faiz səviyyəsində qeydə alınıb.

pashiziİran dollar azad bazar qara bazar tarixi maksimum 1536 min tümən pashizi.com valyuta bazarı satış qiyməti 1 milyon 536 min rial milli valyutanın dəyərdən düşməsi ABŞ sanksiyaları illik inflyasiya 446 faiz ərzaq məhsulları qiymət artımı 899 faiz aylıq inflyasiya 79 faiz 2025 dekabr 2026 yanvar
Seçilən
17
1
marja.az

2Mənbələr