Onlara nənə və baba sahib çıxmadı, anası isə gözəllik mərkəzlərinin birində tərk edərək getdi...
Xezerxeber.az xəbər verir ki, bu sözləri anası tərəfindən gözəllik mərkəzində tərk edilən və bacısı ilə birlikdə sığınacağa yerləşdirilən 9 yaşlı Əli deyir.
Azyaşlının sözlərinə görə, anası narkotik asılılığından əziyyət çəkir və onları da bir neçə gün öncə müalicə alacağı vədi ilə tərk eləyib. O bildirir ki, babası və ögey nənəsi onlara baxmaqdan ümumiyyətlə imtina edib.
Onların yerləşdirildiyi "Mehriban Qadın və Uşaq sığınacağı"ndan bildirildi ki, bu uşaqlar təhsildən də yayındırılıblar.
Sığınacaqdan o da bildirilib ki, uşaqlarda fiziki zorakılıq əlamətlərinə rast gəlinməsə də, onlara hazırda psixoloji dəstək göstərilir.
O da qeyd edildi ki, azyaşlıların sağlamlığı yoxlanıldıqdan sonra müvafiq sənədlər toplanılacaq və onlar təhsil müəssisəsinə yerləşdiriləcəklər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.