“Liverpul”un baş məşqçisi Arne Slot “Qarabağ”la bağlı fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, niderlandlı mütəxəssis Azərbaycan çempionunun bu mövsüm göstərdiyi oyunu yüksək qiymətləndirib.

Slot bildirib ki, “Qarabağ” mövsüm ərzində güclü komanda olduğunu sübut edib:

Onlar bu mövsüm çox yaxşı və məğlub edilməsi çətin bir komanda olduqlarını göstərdilər. ‘Çelsi’ ilə oyunda 2:2 hesablı heç-heçə etdilər”, – deyə baş məşqçi qeyd edib.

O, həmçinin “Liverpul”un Çempionlar Liqasındakı çıxışına da toxunub:

“Bu mövsüm Çempionlar Liqasında çox güclü komandalarla qarşılaşdıq və ümumilikdə yaxşı çıxış etdik. Amma bu oyunlar bizə bir neçə gün sonra Premyer Liqada müəyyən çətinliklər də yaratdı”, – Slot əlavə edib.

Qeyd edək ki, “Qarabağ” bu mövsüm avrokuboklarda göstərdiyi mübariz oyunla bir çox məşhur Avropa klublarının diqqətini cəlb etməyi bacarıb.