AZ

Azər Allahverənov: Azərbaycan–Ermənistan arasında ticarət əlaqələri genişlənir » AzadMedia.az

Azər

Millət vəkili Azər Allahverənov bildirib ki, Azərbaycan ilə Ermənistan arasında ticarət əlaqələrinin normallaşması istiqamətində mühüm addımlar atılır. O, bunu regionda iqtisadi münasibətlərin inkişafı baxımından vacib proses kimi dəyərləndirib.
Deputatın sözlərinə görə, 2025-ci ildə Azərbaycan Ermənistana 788,8 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Allahverənov qeyd edib ki, bu göstərici iki ölkə arasında formalaşmaqda olan ilkin ticarət münasibətlərinin real nəticəsidir.
Azər Allahverənov vurğulayıb ki, ixrac olunan məhsulların əsas hissəsini neft məhsulları və Aİ-95 markalı benzin təşkil edir. Bildirilib ki, dekabrın 18-də Azərbaycandan Ermənistana 1 220 ton Aİ-95 benzin göndərilib, yanvar ayının əvvəlində isə digər yanacaq növlərinin ixracı həyata keçirilib.

Millət vəkili hesab edir ki, bu cür iqtisadi əməkdaşlıq Azərbaycan və Ermənistan arasında sülh prosesinə, qarşılıqlı etimadın formalaşmasına və davamlı dialoqun inkişafına töhfə verə bilər. Onun fikrincə, qarşılıqlı ticarət əlaqələri regionun iqtisadi sabitliyinin möhkəmlənməsində də mühüm rol oynayır.

Seçilən
25
1
azadmedia.az

2Mənbələr