Orenburq vilayətində 17 il sonra cinayətlərdə iştirakı sübuta yetirilən bir kişi altı qadının qətlində ittiham olunacaq. Bu barədə regional prokurorluq məlumat verib.
“Müstəntiqlərin sözlərinə görə, 2005-ci ildən 2008-ci ilə qədər təqsirləndirilən şəxs Buquruslan şəhərində olarkən tənha qadınlara şəxsi avtomobili ilə təyinat yerlərinə aparmağı təklif edib. Müxtəlif bəhanələrlə o, yoldan meşəlik əraziyə çıxıb, qurbanlara təcavüz edib. Cinayətləri ört-basdır etmək üçün qurbanlarını ip və boru açarı ilə öldürüb”, – deyə idarə bildirib.
Prokurorluq kişinin qaçdığını və daha sonra Saratov vilayətinə köçdüyünü dəqiqləşdirib.
Təqsirləndirilən şəxs iki və ya daha çox şəxsin qətlində, zorlamada ittiham olunur (Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “a” və “k” bəndləri). Cinayət işinə Buquruslan Rayon Məhkəməsi baxacaq.
//Samir Qurbanov, Editor.az