AZ

Papoyan: İrəvan və Bakı mayeləşdirilmiş qazın Azərbaycan vasitəsilə tədarükünə dair razılığa gəliblər

ain.az, Oxu.az saytına istinadən bildirir.

"Bakı və İrəvan Azərbaycan ərazisi üzərindən Ermənistana mayeləşdirilmiş təbii qaz və bitumun tədarükü barədə razılığa gəliblər".

Oxu.Az bildirir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan "Facebook" sosial şəbəkə hesabında məlumat verib.

"Ermənistan və Azərbaycan arasında mayeləşdirilmiş qaz və bitumun Azərbaycan ərazisi üzərindən dəmir yolu ilə daşınmasına dair razılıq əldə olunub. Sahibkarlarımız artıq bu imkandan yararlana bilərlər", - deyə o yazıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
oxu.az

1Mənbələr