AZ

Ronaldu nişanlısının ad gününü bahalı hədiyyə ilə təbrikETDİ

Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu nişanlısı Corcina Rodriqesi ad günü münasibətilə təbrik edib.

Redaktor.az xəbər verir ki, Ronaldu müvafiq paylaşımı öz "Instagram" səhifəsində yerləşdirib.

Futbolçu birgə fotonun altına "Ad günün mübarək, həyatımın qadını!" sözlərini yazıb. Öz növbəsində, Corcina "tarixçə" bölməsində sevgilisinin ona hədiyyəsini - İsveçrənin "Rolex" brendinə məxsus saatı nümayiş etdirib.

Qeyd edək ki, cütlük 2016-cı ildən münasibətdədir. 2025-ci ilin avqustunda Ronaldu Rodriqesə evlilik təklifi edib. Cütlük beş uşaq böyüdür (kiçik Kriştianu, surroqat anadan olan əkizlər Eva və Mateo, həmçinin iki ortaq qızları - Alana Martina və Bella Esmeralda).

Cütlüyün toyu 2026-cı ilin yayında planlaşdırılıb.

Ronaldu

Seçilən
73
1
redaktor.az

2Mənbələr