AZ

Dörd ölkə Suriyanın şimal-şərqində sülh çağırışı etdi

ABŞ, Böyük Britaniya, Fransa və Almaniya Suriyanın şimal-şərqindəki bütün vətəndaşların vahid suveren dövlətə dinc və davamlı inteqrasiyasına yönəlmiş danışıqların tez bir zamanda bərpasına çağırıblar.

Turkustan.az xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper, Fransanın xarici işlər naziri Jan-Noel Barro, Almaniyanın Xarici İşlər Nazirliyinin dövlət naziri Serap Güler və ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak arasında keçirilən görüşdən sonra dörd ölkə Suriyanın şimal-şərqindəki vəziyyətlə bağlı birgə yazılı bəyanat yayıb.

Bəyanatda Suriya hökuməti ilə YPG terror təşkilatı arasında atəşkəsin daha 15 gün uzadılması alqışlanıb və bütün tərəflər atəşkəsə ciddi şəkildə riayət etməyə və maksimum təmkinli olmağa çağırılıb.

Bəyanatda həmçinin bütün xarici tərəflər sülhə nail olmaq və zorakılığı azaltmaq üçün bu dörd ölkə ilə birgə işləməyə çağırılıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
25
1
turkustan.az

2Mənbələr