AZ

İcra başçısı yenicə işə götürdüyü sürücüsünü vəzifədən azad etdi

Qusar Rayon İcra Hakimiyyətinin (RİH) yeni təyin olunan sürücüsü işdən çıxarılıb.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı icra başçısı Sahir Məmmədxanov əmr imzalayıb.

Məlumata görə, icra başçısı ötən il baş mütəxəssis – sürücü vəzifəsinə təyin etdiyi Rahib Əhmədovu işdən çıxarıb. Digər əmrlə onun yerinə Elnur Şıxnəbiyev təyin olunub.

Xatırladaq ki, S.Məmmədxanov ötən il sürücülər – İkram Milhacovu və Elnur Sultanovu işdən çıxarmış və yeni sürücü vəzifəsinə Rahib Əhmədovu təyin etmişdi. /İqtisadiyyat.az/

Seçilən
14
nocomment.az

1Mənbələr