Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.
Avtomobil yol kənarı ilə gedən 3 piyadını vurub. Avtosfer.az xəbər verir ki, Rusiyada baş verən hadisə kameraya düşüb. Məlumata görə, 27 yaşlı sürücü idarə etdiyi “Toyota” markalı avtomobillə hərəkətdə olan zaman yol kənarı ilə gedən biri uşaq olmaqla 3 nəfəri vurub. Daha sonra sürətini azalda bilməyən sürücü yoldan çıxaraq avtomobili ağaca çırpıb. Qəza nəticəsində 58 yaşlı qadın ilə 8 yaşlı oğlan xəsatəxanaya aparılıblar.
Hadisə yerinə gələn polis əməkdaşları 27 yaşlı şəxsin sürücülük hüququnun olmadığını və onun sükan arxasında sərxoş olduğunu müəyyən ediblər. Hazırda faktla bağlı araşdırma aparılır.
Sözügedən hadisənin anbaan kadrlarını təqdim edirik:
Namiq Musayev
Oxunub 14
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.