AZ

“Afrika futbolunun nə qədər gözəl olduğunu gördüm”

futbolpress-az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Sumqayıt” Premyer Liqanın XVII turunda “Turan Tovuz”a uduzub – 1:2.

“Kimyaçılar”ın müdafiəçisi Abdul Raşid Mumini “Futbolpress.az”a açıqlamasında matçı dəyərləndirdi:

“Güclü komandaya qarşı oynadıq. İlk hissə istədiyimiz kimi alınmadı. Boşluqlar verdik və rəqib fərqləndi. Fasilədən sonra vəziyyətə düzəltməyə çalışsaq da, alınmadı. Bu oyunu təhlillər edib, çalışacağıq. Növbəti oyuna daha yaxşı hazırlaşmalıyıq”.

Mumini Benin yığması ilə Afrika Millətlər Kubokunda mübarizə aparıb. Müdafiəçi turnirin ona qazandırdığı təcrübəyə toxunub:

“İlk dəfə idi AFKON-da oynadım. Çox maraqlı idi. Bu turnirdə oyuna çıxanda özümə inamım artdı. Həm də Afrika futbolunun nə qədər gözəl olduğunu gördüm. Çox yaxşı təcrübə qazandım”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
futbolpress.az

1Mənbələr