ABŞ Yaxın Şərqdə hava təlimləri keçirəcəyini açıqladı
İran və ABŞ arasında gərginlik davam edir. ABŞ Hərbi Hava Qüvvələrinin Mərkəzi Komandanlığı (AFCENT) Yaxın Şərqdə çoxgünlük hava təlimi keçirəcəyini açıqladı.
ABŞ Hərbi Hava Qüvvələri Mərkəzi Komandanlığı (AFCENT) elan etdi ki, "AFCENT ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət dairəsində döyüş hava gücünün yerləşdirilməsi, göndərilməsi və əməliyyat dayanıqlığının qorunması imkanlarını nümayiş etdirmək üçün çoxgünlük hazırlıq təlimi keçirəcək".
Təlim aktivlərin və şəxsi heyətin yerləşdirilməsi imkanlarını artırmaq, regional tərəfdaşlıqları gücləndirmək və CENTCOM daxilində çevik cavab əməliyyatlarına hazırlıq məqsədi daşıyır.
AFCENT komandanı və CENTCOM Birləşmiş Qüvvələrinin Hava Komandanı Derek Frans bildirib ki, "Hava qüvvələrimizin şəxsi heyəti tərəfdaşlarımızla birlikdə çətin şəraitdə təhlükəsiz və dəqiq şəkildə əməliyyatlar yerləşdirə, apara və döyüş uçuşları həyata keçirə biləcəklərini sübut edir. Bu, döyüşə hazır hava qüvvələri şəxsi heyətinin saxlanılması və hava gücünün lazım olduqda və lazım olan yerdə mövcud olması üçün tələb olunan intizamlı təcrübənin qorunması ilə bağlıdır".
Təlim ev sahibi ölkənin razılığı ilə, mülki və hərbi aviasiya orqanları ilə sıx əməkdaşlıq şəraitində və suverenliyə təhlükəsiz və dəqiq şəkildə hörmətlə yanaşmağa xüsusi diqqət yetirilməklə keçiriləcək. Təlim, CENTCOM-un USS Abraham Lincoln təyyarədaşıyan gəmisinin və onu müşayiət edən hərbi gəmilərin Yaxın Şərqə çatdığını açıqlamasından bir gün sonra elan edildi.
aia.az
Tərcümə şöbəsi