Azərbaycanda sənədsiz evlərin sayı 500 mindən çoxdur. Bu istiqamətdə aparılan islahatların uğurla nəticələnəcəyi gözlənilir.
S&P: Bu il Azərbaycanda mənzillərin bahalaşması zəifləyəcək
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
Sumqayıtda beş ünvanda söküntü işləri aparılacaq – ƏRAZİLƏR, KOMPENSASİYALAR
Onun sözlərinə görə, sənədsiz evlərin sənədləşdirilməsi ölkənin maliyyə-bank sektoru, xüsusilə də sığorta sahəsi üçün ciddi imkanlar yarada bilər:
«500 min sənədsiz evin ümumi bazar dəyəri təxminən 50 milyard manat təşkil edir. Hesab edirəm ki, real rəqəmlər bundan da böyükdür. Təsəvvür edin ki, bu qədər məbləğ maliyyə-bank sektoru, xüsusən də sığorta sahəsi üçün nə qədər geniş imkanlar açır».
Qiymətləndiricilər Palatası: "Bakıda mənzil almaq getdikcə əlçatmaz olur, insanlar kirayəyə yönəlir"
Xatırladaq ki, Bakı şəhərində mənzillərin və evlərin icbari sığortası üzrə illik sığorta haqqı 50 manat təşkil edir.
Bu tarifi nəzərə aldaqda 500 min evin sığortalanması sığorta bazarına ildə 25 milyon manat əlavə sığorta haqqı gətirə bilər.