AZ

Qar və güclü külək gəlir – XƏBƏRDARLIQ

Yanvarın 28-i axşamdan 29-u gündüzədək Azərbaycanın bəzi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.

Doğru.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb. Məlumata görə, ayrı-ayrı ərazilərdə yağıntıların qısa müddət ərzində intensivləşəcəyi ehtimal olunur. Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlaması mümkündür.

Bundan əlavə, yanvarın 28-də küləkli hava şəraiti ilə bağlı da sarı xəbərdarlıq elan edilib. Bildirilib ki, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən və Qobustan rayonlarında qərb küləyi əsəcək, küləyin sürəti 13,9–20,7 m/saniyə təşkil edəcək.

Əhaliyə ehtiyatlı olmaq tövsiyə edilir.

DOĞRU.AZ

Seçilən
27
dogru.az

1Mənbələr