AZ

Səudiyyə Ərəbistanı Energetika Nazirinə Türkiyə ilə bərpa olunan enerji layihələrini həyata keçirmək səlahiyyəti verib



Səudiyyə Ərəbistanı Nazirlər Şurası müvafiq nazirliklərə Türkiyə ilə bərpa olunan enerji və mülki müdafiə sahələrində müqavilələr bağlamaq səlahiyyəti verib, eyni zamanda iki ölkə arasında sosial xidmətlər sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunu təsdiqləyib.Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın məlumatına görə, Nazirlər Şurası Ər-Riyadda vəliəhd şahzadə və baş nazir Məhəmməd bin Salmanın sədrliyi ilə toplanıb.
Regional və beynəlxalq inkişafların müzakirə olunduğu görüşdə Səudiyyə Ərəbistanının Qəzza Sülh Komitəsinə dəstəyi bir daha vurğulandı. Qeyd edildi ki, komitə Qəzza zolağına hücumlara son qoymaq və bölgəni yenidən qurmaq üçün yaradılmış müvəqqəti bir qurumdur.

Görüşdə həmçinin Səudiyyə Ərəbistanının dost və qardaş ölkələrlə imzaladığı anlaşma memorandumları və müqavilələr nəzərdən keçirildi.

Bu kontekstdə Nazirlər Şurası Energetika Nazirinə Səudiyyə Ərəbistanı və Türkiyə hökumətləri arasında bərpa olunan enerji elektrik stansiyaları layihələri ilə bağlı saziş layihəsini müzakirə etmək və imzalamaq səlahiyyəti verdi.

Nazirlər Şurası həmçinin Daxili İşlər Nazirinə Türkiyə ilə mülki müdafiə və mühafizə sahəsində anlaşma memorandumu imzalamaq səlahiyyəti verdi və Ər-Riyad və Ankara arasında sosial xidmətlər sahəsində əldə edilən anlaşma memorandumunu təsdiqlədi.

aia.az
Tərcümə şöbəsi



Seçilən
19
aia.az

1Mənbələr